Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin (DC) təqdimat mərasimi olacaq. Futbolinfo.az xəbər verir ki, bu cəmiyyətin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalisti Dündar Keşaplı və Azərbaycandan isə Rəşad Qurbanovdu. 
Qurumun yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdi.
 
Dündar Keşaplı 25 ilə yaxındı İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb. Keşaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək. 
Qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridi. 
Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak edəcəklər.Təqdimat mərasimi bu gün saat 19-00-da "Park İnn" oteldə keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp