“Simurq”da işlər pisləşməyə davam edir. Futbolinfo.az xəbər verir ki, artıq legionerlər yavaş-yavaş komandanı tərk edirlər və heyətdə isə yerli və gənc futbolçular qalır. 
Belə ki, komandanın əsas qapıçısı olan Pavel Kapsa da ayrılmağa qərar verib. 32 yaşlı çərçivə qoruyucusu da 33-cü turda “Bakı” ilə matçdan sonra vətəninə yollanmaq niyyətindədi. 
Polşalı qolkiper saytımıza açıqlamasında bunu təsdiqləyib: “Mən də növbəti oyunumuzdan sonra vətənimə getmək niyyətindəyəm. Amma bu, dəqiq deyil. Ola bilsin ki, mövsümün sonuna qədər qaldım. Qarşıdakı matçda da meydana çıxmaq istəyirəm. “Simurq”un vəziyyəti yaxşı deyil. İnanıram ki, bu komanda toparlana biləcək”.
Kapsa heç bir komandadan təklif almadığını bildirib: “Heç bir komandadan ciddi təklif almamışam. Hazırda yeganə yol Polşaya qayıtmaqdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp