Dünən Çempionlar Liqasının yarımfinal mərhələsində səfərdə "Yuventus"la qarşılaşan "Real" 1:2 hesabı ilə uduzdu. Futbolinfo.az xəbər verir ki, bu nəticə Madrid klubu ilə bağlı maraqlı statistik göstəricini diqqət mərkəzinə salıb. 
Belə ki, İspaniya nəhəngi ÇL yarımfinallarında ilk oyunları uduzanda finala adlaya bilmir. "Real" tarixi ərzində heç vaxt yarımfinalın ilk matçındakı məğlubiyyətdən sonra ÇL-in finalına adını yazdıra bilməyib.
La Liqa təmsilçisinin uğursuz 7 cəhdi bunlardı:
1968. "Real" – "Mançester Yunayted" (0:1, 3:3)
1973. "Real" – "Ayaks" (1:2, 0:1)
1987. "Real" – "Bavariya" (1:4, 1:0)
2001. "Real" – "Bavariya" (0:1, 1:2)
2011. "Real" – "Barselona" (0:2, 1:1)
2012. "Real" – "Bavariya" (1:2, 2:1, 1-3 penaltilərlə)
2013. "Real" – "Borussiya" (Dortmund) (1:4, 2:0).
"Real" – "Yuventus" matçı 13 mayda Madriddə keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp