Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti dünən Çempionlar Liqasının yarımfinalında “Yuventus”a məğlub olduqları matçdan sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı qələbəyə layiq oyun göstərdiklərini deyib: 
"Bizim üçün daha yaxşı bir matç ola bilərdi. Oyunu idarə etməyə çalışdıq. Bir və ya iki qol da vura bilərdik. 2:1 uduzmaq əvəzinə, 2:1 qalib gələ bilərdik. Təkcə Serxio Ramosu tənqid etmək düzgün deyil. Müdafiə olaraq bəzi xətalarımız oldu. Rəqibə çox boşluq verirdik və bu vəziyyətlərdən birində qol buraxdıq”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu gələn həftənin çərşənbə günü baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp