“Qəbələ” Andrey Popoviçin ardınca daha bir futbolçunu rənglərinə bağladı. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bu dəfə Samir Zərgərovu transfer etdi. 
Zərgərov sabiq klubu ilə 1 illik müqaviləyə qol çəkib. Bunu saytımıza açıqlama Samirin özü də təsdiqlədi: “Qəbələ”dən təklif gəldi, razılaşdıq. Bu komanda daha əvvəl də çıxış etmişəm. Bura qayıtdığım üçün çox şadam. 1 illik müqavilə imzaladıq. Hələlik hansı nömrəli formada çıxış edəcəyimi bilmirəm. Mən hər bir komandaya gedəndə əsas heyət  haqqında fikirləşmişəm. “Qəbələ” üçün əlimdən gələnin ən yaxşsını etməyə çalışacam”.
Zərgərov sonda “Simurq”un düşdüyü acınacaqlı vəziyyətindən də danışıb. O, Zaqatala təmsilçisində vəziyyətin düzələcəyinə  ümid edir: “Özünüz də hazırda “Simurq”un vəziyyətinin nə yerdə olduğundan xəbərdarsız. Əlimizdən gələni edəcəyik ki, mövsümü başa vuraq. Arzumuz budu ki, “Simurq” komandası dağılmasın. Arzumuz budu ki, “Simurq”un vəziyyəti düzəlsin, biz də pulumuzu alaq. Almasaq da, əlimizdən başqa nə gəlir ki?”
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp