“LUKoil”in “Simurq”a sponsorluq edəcəyi ilə bağlı xəbərə sözügedən şirkətdən də reaksiya öyrəndik. Qurumun Bakı ofisindən məsələyə münasibət öyrənmək istəyərkən bu cavabı aldıq: “Bu barədə bizim məlumatımız yoxdu. Bildiyiniz kimi, bizim artıq sponsorluq etdiyimiz klub var. Bu, Rusiyanın “Spartak” klubudu. İkinci bir kluba sponsorluq edəcəyimiz inandırıcı deyil. Hər halda, hələlik bizdə rəsmi heç bir xəbər yoxdu. Bu barədə nəsə bir xəbər bizə daxil olsa, sizi məlumatlandırarıq”.
“Simurq” da məsələdən bixəbərdi.Klubun vitse-prezidenti Vaqif Əliyev də bu xəbəri ilk dəfə bizdən eşitdiyini bildirdi. Amma bu, başadüşüləndi. Çünki yeni sponsor gəlsə, yəqin ki,indiki rəhbərlik ofsaydda qalacaq. Məsələni diqqətdə saxlayacağıq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp