Çempionlar Liqasının yarımfinal mərhələsində növbəti oyun baş tutub. Futbolinfo.az xəbər verir ki, “Nou Kamp”da "Barselona" "Bavariya"nı qəbul edib.
 
Oyuna marağı bir qədər də artıran məqam “Bavariya”nı vaxtilə “Barselona”da işləmiş və 4 ilə 16 kubok qazanmış Xosep Qvardiolanın çalışdırması idi.
 
Oyuna gəlincə, azarkeşlər qol üçün uzun müddət gözləməli olsa da buna dəyib. Son 19 dəqiqədə "Barselona" 3 qol vurmaqla rəqibindən 2 il əvvəlki yarımfinalın əvəzini çıxıb. Lionel Messinin dublu və Neymarın qolu sayəsində katalonlar meydandan 3:0hesablı qələbəylə ayrılıb.
 
Xatırladaq ki, bu komandalar sonuncu dəfə ÇL-də 2012/13 mövsümündə, elə yarımfinal mərhələsində qarşılaşmış, həmin vaxt “Bavariya” rəqibini 4:0 və 3:0 hesablı qələbələrlə devirmişdi.
 
Qeyd edək ki, bu cütün cavab oyunu mayın 12-də keçiriləcək.
 
 
Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
 
6 may
 
Barselona (İspaniya) – Bavariya (Almaniya) – 3:0 
Qollar: Messi, 77; 80. Neymar, 90+3.
 
Baş hakim: Nikola Rissoli
Barselona. “Nou Kamp” stadionu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp