Qazaxıstan millisinin sabiq futbolçusu Yevgeni Lunev maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan veteran futbolçu millimizlə matçı da xatırlayıb. 
Yığma karyerasında son dəfə fərqləndiyi həmin qolu xatırlayan Lunev gülərək, bu sözləri deyib: “Sonuncu qolum çox kuryoz alındı. Top cərimə meydançasına ötürüldü. Rəqib müdafiəçi top uzaqlaşdırmaq üçün zərbə vurdu. Lakin top üzümə deyib, qapıya daxil oldu”. 
Qeyd edək ki, həmin qarşılaşmada yığma komandamızın qapsını Dimitri Kramarenko qoruyurdu. 2004-cü ildə Alma-Ata şəhərində keçirilən matçda millimiz Karlos Alberto Torresin rəhbərliyi altında səfərdən 3:2 hesablı qələbə ilə qayıtmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp