Qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn türkiyəli sabiq FİFA referisi və hazırda idman yazarı kimi çalışan Ahmet Çakar maraqlı iddia irəli sürüb. Futbolifo.az xəbər verir ki, o, “Twitter” sosial şəbəkəsində UEFA Çempionlar Liqasının finalını həmyerlisi Cüneyt Çakırın idarə edəcəyini bildirib.
Çakar həmçinin Avropa Liqasının final qarşılaşmasında da serb hakim Milorad Majiçin fit çalacağını bildirib. 
Qeyd edək ki, ÇL-nın finalı iyunun 6-da Berlində, AL finalı isə mayın 27-də Varşavada baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp