Portuqaliyanın “Maritimo” klubundan böyük ümidlərlə “Qarabağ”a transfer olunan Danilo Dias ağdamlıların heyətində özünü yaxşı tərəfdən  göstərə bilmir.  Zədədən sonra əvvəlki formasına qayıtmaqda çətinlik çəkən braziliyalının Ağdam təmsilçisindən ayrılması da istisna deyil.
Bunun üçün Diasa təkliflər də var.  Maraqlıdı ki, ilin sonunda 30 yaşı tamam olacaq futbolçuya  hər iki təklif Yunanıstandandı. Əldə etdiyimiz məlumata görə, adalıların  “Asteras” və “Atromitos” klubları yarımmüdafiəçinin xidmətindən maraqlıdı.
Maraq üçün bildirək ki, Dias Topaz Premyer Liqasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova cəmi 200 dəqiqə lazım olub. Bu müddət ərzində braziliyalı elita matçlarında 1 dəfə də olsun belə, fərqlənməyib. "Sambaçı"nın cari mövsümdə 2 qolu var ki, bu da avrokubok matçlarına təsadüf edir. “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkən cənubi amerikalıdan yunanların necə istifadə edəcəyi isə böyük maraq doğurur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp