"Napoli" rəhbərliyi və baş məşqçisi Rafel Benites arasında yeni razılıq əldə olunub. Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssisin agenti Manuel Qarsiya Kilon cümə axşamı klub prezidenti Aurelio De Laurentislə danışıqların son mərhələsi üçün Neapola gələcək.
Yerli mətbuatın yazdığına görə, Benites İtaliya klubu ilə 4 illik müqavilə imzalayacaq. Bu müddətdə "Napoli"nin yeni stadionu və bazası inşa ediləcək. 55 yaşlı mütəxəssisin illik məvacibi isə 3,5 milyondan 4 milyon avroya qalxacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp