"Atletiko"nun türkiyəli futbolçusu Arda Turan Çempionlar Liqasının yarımfinalında keçirilən "Yuventus" – "Real" oyunu (2:1) barədə danışıb. Futbolinfo.az xəbər verir ki, o, “tvitter"də yazdığı fikirlə ÇL-də haqsızlıq olduğundan gileylənib. 
Təcrübəli yarımmüdafiəçi qarşılaşmanın baş hakimi Martin Atkinsonun yanlış qərar verdiyini deyib:
 
"Xatırlayırısız, mənə "Real"la oyunda ikinci sarı vərəqəni göstərdilər. Ancaq burda hakim başqa cür hərəkət etdi, Karvahalı meydandan qovmadı. Karvahal oyun ərzində bir neçə ciddi qayda pozuntusu ilə yadda qaldı. 56-cı dəqiqədə o, cərimə meydançasında Tevesi yıxdı və hakim penalti təyin etdi. Amma referi bu qayda pozuntusuna görə ona sarı vərəqə göstərmədi. 75-ci dəqiqədə isə Karvahal Morataya qarşı kobudluğa görə "sarı" ilə cəzalandı. Futbolçu penalti epizodunda cəzalansaydı, 75-ci dəqiqədə meydandan qovulmalıydı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp