Mayın 8-də “Qarabağ”la doğma meydanda üz-üzə gələcək “Xəzər Lənkəran” hazırlıqlarını yekunlaşdırır. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb. 
Zədəsini sağaltmış Xorvat qapıçı Vyakeslav Tomiç məşqə qatılıb. Komanda saatyarım davam edən çalışmaları tamamlamaqla “Qarabağ”la oyun öncəsi ümumi hazırlığını yekunlaşdırıb.
Qeyd edək ki, ötən turun “Bakı” ilə səfər qarşılaşmasında ağır zədə alan Sadio Tounkara mayın 7-də, yəni bu gün Türkiyəyə yollanacaq. Onu qardaş ölkənin paytaxtına qədər “Xəzər Lənkəran”ın həkimi müşaiyət edəcək.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp