Braziliya millisinin bu il Amerika Kubokunda mübarizə aparacağı heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçisi Karlos Dunqa aşağıdakı futbolçuları milliyə çağırıb:
Qapıçılar: Dieqo Alves ("Valensiya"), Cefferson ("Botafoqo"), Marselo ("Qremio");
 
Müdafiəçilər: Danilo ("Porto"), Fabinyo ("Monako"), Filipe Luis ("Çelsi"), Marselo ("Real"), David Luiz (PSJ), Markinyos (PSJ), Miranda ("Atletiko"), Tiaqo Silva (PSJ);
 
Yarımmüdafiəçilər: Elias ("Korintians"), Fernandinyo ("Mançester Siti"), Luis Gustavo ("Volfsburq"), Kazimiro ("Porto"), Filip Coutinyo ("Liverpul"), Villian ("Çelsi"), Everton Ribeyro ( "Əl-Əhli"), Duqlas Kosta ("Şaxtyor");
 
Hücumçular: Dieqo Tardelli ("Şandonq Lunenq"), Neymar ("Barselona"), Roberto Firmino ("Hoffenhaym"), Robinyo ("Santos")
Qeyd edək ki, "Çelsi"dən Oskar və "Zenit"dən Halkın siyahıda olmaması diqqət çəkib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp