"Sevilya"nın ev oyunlarını keçirdiyi "Ramon Sançez Pizjuan" stadionun "Gil Norte" tribunası bir neçə oyunluq bağlana bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb Primeronun 35-ci turunda "Real"la matçda (2:3) azarkeşlərin təhqirli şüarlarıdı. 
Bu barədə İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavier Tebas danışıb. Qurumun rəhbəri bunun qəbuledilməz olduğunu qeyd edib. Oyunun gedişində "Sevilya" azarkeşləri rəqib futbolçulara, əsasən də Kriştianu Ronaldonun ünvanına təhqiredici ifadələr səsləndirmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp