Almaniya Regional Liqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb. 
 
Adıçəkilən komanda səfərdə "Pirmasens"lə üz-üzə gəlib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Dadaşovun adı isə bu matçın iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, "Saarbrüken" hazırda 66 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp