Lionel Messi yaşıl meydanlardakı əzəli rəqibi Kriştianu Ronaldonun 1 gün öncə qırdığı rekordu yenidən qırıb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında yarımfinal mərhələsində "Bavariya" ilə görüşdə dubl edən "Barselona"nın lideri turnir tarixindəki qollarının sayını 77-ə yüksəldib.
Eyni zamanda bu matç onun avrokuboklardakı 100-cü oyunu olub ki, bu da rekorda əlavə rəng qatıb.
Xatırladaq ki, “Real”ın forvardı Ronaldo çərşənbə axşamı “Yuventus”la oyunda fərqlənməklə ÇL-də 76-cı qolunu vurmuş və Leonu 1 top keçmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp