“Xəzər Lənkəran”ın gənc hücumçusu Ağabala Ramazanovun “Sumqayıt”a keçəcəyi ilə bağlı iddialar yayılıb. Futbolinfo.az xəbər verir ki, millimizin də üzvü olan 21 yaşlı futbolçunun  mövsüm bitdikdən sonra cənub klubunu tərk edəcəyi və “gənclik şəhəri” təmsilçisi ilə 2 illik müqavilə bağlayacağı deyilir.
Saytımıza açıqlama verən Ramazanov bu iddialara münasibət bildirib. Gənc futbolçu təklif aldığını təsdiqlədi: “Sumqayıt”dan təklif almışam. Oynamaq üçün yaxşı variantdı. Amma hazırda “Xəzər Lənkəran”dayam və bu komandanı düşünürəm. Mövsüm bitdikdən sonra hər şeyə aydınlıq gələcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp