FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu aykı sıralamada 1 pillə geriləyərək, 116-cı yerdə qərarlaşıb. 
Komandamızın ötən ay olduğu kimi, yenə 264 xalı var. Sadəcə, Sent Vinsent və Qrenadin yığması 6 pillə irəliləyərək cədvəldə 110-cu yerə qalxdığından bu da komandamızın mövqeyinə təsir göstərib. 
Yığmamızın AÇ-2016-ın seçmə oyunlarındakı rəqiblərindən İtaliya 13, Xorvatiya 17, Bolqarıstan 67, Norveç 70, Malta isə 149-cu yerdədi. Həmçinin iyunda yoldaşlıq matçında yığmamızla üz-üzə gələcək Serbiya millisi isə 44-cü mövqedə qərar tutub. 
Qardaş Türkiyənin də bu dəfəki sıralamada mövqeyində heç bir dəyişiklik baş verməyib. “Ay-ulduzlular” keçən ay olduğu kimi bu dəfə də 52-ci pillədə öz yerlərini alıblar. Siyahının ilk 3 yerində isə müvafiq olaraq Almaniya, Argentina və Belçika milli komandaları qərarlaşıblar.
 
fifa reytinq - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp