“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında “Barselona”ya məğlub olduqları oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, mərhələnin ilk matçında səfərdə rəqibinə 3 cavabsız qolla boyun əyən “pivəçilər”in çalışdırıcısı cavab görüşü üçün ümidini itirmədiyini deyib: 
"Bu məğlubiyyətdən sonra bir arada qalmaq çox əhəmiyyətlidi. Problemləri bilirik və həll etməyə çalışacağıq. “Barselona” oyunçularının qabiliyyətləri matçın gedişatını təyin etdi. Evimizdəki oyunda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 12-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp