Ötən gün futbol üzrə Türkiyə Kubokunun sahibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, turnirin 53-cü həlledici matçı Bursa Atatürk Stadionunda baş tutub.
Bakı vaxtı ilə saat 22:30-da start götürən qarşılaşmada son Superliqa çempionu və ölkə kubokunun qalibi "Qalatasaray" və "Bursaspor" komandaları üz-üzə gəliblər.
Bu yarışda 20 dəfə finala çıxaraq, 15 kubok qazanan İstanbul nəhəngi mövsümü "qızıl dubl"la başa vurmaq istəyirdi. 5 dəfə kubokun finalına yüksəlib, 1 kubokla kifayətlənməli olan Bursa təmsilçisi isə həlledici matçın doğma şəhərdə keçirilməsindən də istifadə edərək, sevinən tərəf olmaq niyyətində idi. Lakin sonda "Qalatasaray" 3:2 hesabı ilə qələbə qazanıb, kuboku evinə götürdü.
Türkiyə Kuboku
Final
Final
3 iyun
"Qalatasaray" – "Bursaspor" – 3:2
QOL: Burak Yılmaz, 40, 49, 60 – Fernandao, 26 (pen.), Volkan Şən, 58
Baş hakim: Bülənt Yıldırım
Start heyətlər.
"Qalatasaray": Sinan, Sabri, Semih, Hakan, Telles, Melo, Selçuk, Hamit, Sneijder, Yasin, Burak.
"Bursaspor": Harun, Şener, Ozan Tufan, Şamil, Ertuğrul, Aziz, Belluschi, Volkan Şən, Josue, Bakambu, Fernandao.