Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
Bu qarşılaşmada komandasının 3-cü qolunu vuran yarımmüdafiəçi Muarem Muarem Ağdam təmsilçisini tərk edəcək. Bir neçə gün öncə "Əskişəhərspor"la anlaşan makedoniyalı futbolçu yeni klubu ilə müqavilə imzalamaq üçün Türkiyəyə sabah yola düşəcək. Bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Qeyd edək ki, Muaremin Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalaması gözlənilir.
Shares: