Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
Qəbələ şəhər stadionundakı matçtan sonra açıqlama verən flaqmanın baş məşqçisi Arif Əsədov məğlubiyyəti belə şərh edib: 
"Düşünürəm ki, gözəl bir futbol bayramı oldu. Düzdü, məğlub olduq. Bu gün bir daha sübut olundu ki, qalib gəlmək üçün gərək əlinin altında  2 bərabər səviyyəli heyət ola. Bizim də heyətlə bağlı obyektiv və subyektiv səbəblərdən çətinliklərimiz oldu. Bu gün bir daha sübut olundu ki, ehtiyat heyətə ehtiyac var. Qırmızı vərəqələr zədələr bizə çox mane oldu. Qarşıda Avroliqa oyunları gəlir. Komanda güclənməlidi. Klubla hələ 1 illik müqavilə var. Rəhbərlik nə qərar versə, o da olacaq. Razıyam ki, bürünc medalı kuboka qurban verdik. Komanda mütləq güclənməlidi. Müdafiədə çox əziyyətlər çəkirik. Müqaviləsi başa çatan futbolçularla danışıqlar aparılacaq. Əsas sevindirici məqam odu ki, komandaya gənc oyunçular qazandıra bildik".
Shares: