Ötən gün 23-cü Azərbaycan Kubokunun qalibi müəyyənləşdi. Futbolinfo.az xəbər verir ki, paytaxt “Neftçi”sini 3:1 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” klubu tarixində 4-cü dəfə fəxri trofeyə sahib çıxdı.
Sonuncu dəfə 2009-cu ildə kuboka yiyələnən "atlılar" bununla da 6 illik həsrətə son qoydu. Qurban Qurbanovun yetirmələri “Neftçi”nin rekord qoymaq arzusunun üstündən də xətt çəkdilər. Belə ki, ardıcıl 2 dəfə kuboka yiyələnən bakılılar bu gün də finalda qalib gəlsəydilər, 3 mövsüm ard-arda bu mükafata yiyələnən ilk Azərbaycan klubu adını qazanacaqdılar.
Finaldakı məğlubiyyətə baxmayaraq, “Neftçi” bu günədək ölkə kubokunu hamıdan çox başı üzərinə qaldıran klub statusunu qorudu. “Ağ-qaralar” tarix ərzində 7 dəfə fəxri trofeyə sahib çıxıblar.
“Qarabağ” 4-cü dəfə kuboka yiyələnməklə bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Kəpəz”lə 2-ci pilləyə şərik oldu. Ağdam təmsilçisi 22 ildən sonra tarixində 2-ci dəfə “Qızıl dubl”a imza atdı. 
Bu oyundakı 3:1 hesabı Azərbaycan Kubokunun finalları tarixində qeydə alınan ilk belə nəticə oldu.
Son 3 mövsümdə ilk dəfə idi ki, kubokun qalibi penalti seriyalarında müəyyənləşmədi.
Azərbaycan Kubokunun bütün qalibləri:
1992. “İnşaatçı” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1994. “Kəpəz” (Gəncə)
1995. “Neftçi” (Bakı)
1996. “Neftçi” (Bakı)
1997. “Kəpəz” (Gəncə)
1998. “Kəpəz” (Gəncə)
1999. “Neftçi” (Bakı)
2000. “Kəpəz” (Gəncə)
2001. “Şəfa” (Bakı) 
2002. “Neftçi” (Bakı)
2003. AFFA və klublar arasındakı münaqişə kubok və çempionatın başa çatmasına imkan verməyib
2004. “Neftçi” (Bakı)
2005. “Bakı” (Bakı)
2006. “Qarabağ” (Ağdam)
2007. “Xəzər Lənkəran” (Lənkəran) 
2008. “Xəzər Lənkəran” (Lənkəran)
2009. “Qarabağ” (Ağdam)
2010. “Bakı” (Bakı)
2011. “Xəzər Lənkəran” (Lənkəran)
2012. “Bakı” (Bakı)
2013. “Neftçi” (Bakı)
2014. “Neftçi” (Bakı)
2015. “Qarabağ” (Ağdam)
Shares: