Ötən gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
Oyundan sonra açıqlama verən Bakı klubunu yarımmüdafiəçisi Araz Abdullayev məğlubiyyəti belə şərh edib: 
"Neftçi " hər il titul qazanır, bu il də bunu etmək istərdik. Amma ağır oyun keçdi. Udmağı çox istəyirdik. Amma qismət "Qarabağ"ın imiş. Onlara da uğurlar arzu edirəm. Oyunun əvvəlində buraxdığımız ardıcıl qollar bizə mənfi təsir etdi. Axıra qədər vuruşsaq da, alınmadı rəqibi təbrik edirəm".
Shares: