FİFA İcraiyyə Komitəsinin (İK) sabiq üzvü Çaka Bleyzer dünya futbol camiyəsində şok effeqti yaradacaq açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, onun rüşvət aldıqlarını etiraf etməsi yenidən beynəlxalq qurumda çaxnaşma yaradıb. 
Belə ki, 1997-2013-cü illərdə İK-in üzvü olan Bleyzer rüşvəti necə aldıqlarını şərh edib: “2004-cü ildən İK-in üzvləri rüşvət almağa başladı. Dünya çempionatına ev sahiblik etmək istəyən ölkələrdən yaxşı pullar alındı. 2010-cu ildə Cənubi Afrika Respublikasının (CAR) mundiala ev sahibi olması elə-belə hadisə deyildi. Məhz pulun hesabına İK-in üzvləri dünya çempionatının CAR-da keçirilməsinə üstünlük verdi.
1996-2003-cü illərdə dünya çempionatlarının teleyayımdan gələn gəlirlərin faizləri də İK-üzvləri arasında bölüşdürülürdü. Mənlə yanaşı, İK-in digər üzvləri də rüşvət alıb. Sözsüz ki, araşdırmadan sonra bu məsələlərin üstü gec və ya tez açılacaqdı. Ona görə də artıq mən heç nəyi gizlətmək istəmirəm”.
Shares: