Azərbaycan Kubokunun final görüşündən sonra (“Qarabağ” – “Neftçi” 3-1) mükafatlandırma mərasimi və möhtəşəm atəşfəşanlıq reallaşdı. Futbolinfo.az xəbər verir ki, əvvəlcə “Neftçi” komandasına gümüş medallar təqdim olundu.
Daha sonra kürsüyə kubokun qalibi “Qarabağ” dəvət olundu. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş direktor Məlik Həsənov təqdim etdilər.
Sizi həmin mərasimdən hazırlanmış fotoreportajla tanış edirik.