Cari çempionatı 4-cü pillədə başa vuran “Neftçi”nin ümidi ölkə kubokunu qazanmaq idi. Amma finalda “Qarabağ” rəqibinə göz açmağa imkan vermədi və bakılılar titulsuz qaldı. Qarşılaşmadan dərhal sonra isə Müşahidə Şurasının qərarı ilə “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov komandadan göndərildi.
Maraqlıdı ki, ötən mövsüm də “Neftçi” elitanı 4-cü olaraq başa vurmuşdu. Ancaq Böyükağa Hacıyevin rəhbərliyi ilə bakılılar ölkə kubokunun finalında “Qəbələ”ni penaltilər seriyasında yenməklə, təsəlli tapdı, mövsümü titulsuz başa vurmadı. Buna görə də flaqmanın sabiq çalışdırıcısı Hacıyevlə əlaqə saxladıq. O, suallarımızı cavablandırarkən elə məsələlərə toxundu ki…
– Böyükağa müəllim, ölkə kubokunun ötən gün baş tutan finalında “Qarabağ” Qəbələdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edərək, “qızıl dubl”a imza atdı. Dünənki qarşılaşma barədə nə deyə bilərsiz?
– “Qarabağ” “Neftçi”ni gəzə-gəzə uddu. Ağdamlılar ilk 30 dəqiqədə öz oyununu diqtə etdi. Düzdü, bəzi hallarda üstünlük bakılıların da əlinə keçdi. Sadəcə, fərq onda idi ki, Qurban Qurbanovun yetirmələri sonluğu yaxşı tamamlayırdı. “Neftçi” ilk 45 dəqiqədə rəqib qapısına uzaqdan heç 1 zərbə də vurmadı. Qapıya zərbə olmayan halda necə qol vura bilərsən ki?

– “Neftçi” çempionatı son 7 oyununda qələbə qazanmamaqla başa vurdu. Sizcə, “ağ-qaralar” finala hazır idi?
– Bakılıların fiziki çatışmazlığı var. 2013-cü ildə həmin “Neftçi” ölkə kubokunun ¼ final mərhələsində 120 dəqiqə futbol oynadı və son saniyələrdə qələbə topunu vurdu. Həmin “Neftçi”dən əsər-əlamət qalmayıb.

– Bundan sonra “Neftçi”yə nə lazımdı?
– “Ağ-qaralar”a ağıllı məşqçi lazımdı.
– “Ağ-qaralar”a ağıllı məşqçi lazımdı.
– Arif Əsədov necə məşqçi idi ki?
– Əsədov cavan məşqçidi. Onun gələcəyi hələ qarşıdadı.

– Arif Əsədovun komandadan göndərilməsinə münasibətiniz necədi?
– Oyundan sonra Əsədovun müsahibəsini oxudum. Deyirdi ki, hələ 1 il də işləyəcəm. Üstündən 1 saat keçəndən sonra görürəm ki, Müşahidə Şurası onun getməyinə qərar verib. O, gərək bu qərarı gözləməyəydi. Özü istefa verməli idi.

– Maraqlıdı ki, ötən mövsümdə də “Neftçi” elitada eyni aqibətlə üzləşmişdi. Tək ümidi ölkə kubokunu qazanmağa idi. Ötən il necə oldu ki, “ağ-qaralar” kuboku qazandı, ancaq bu il eyni uğuru təkrarlaya bilmədi?
– Həmin oyundan əvvəl “Simurq”la çempionat matçına getmədim. Bundan başqa, əsas heyətdən 8 futbolçunu Bakıda saxladım. Özüm bilə-bilə 3-cü yerdən imtina etdim. Bütün gücümü kubokun finalına saxladım. Finalda da penaltilər seriyasında “Qəbələ”ni məğlub etdik. Bu gün “Qəbələ” maliyyəsinə görə 5 “Neftçi” deməkdi. Bu ölkədə iki titul var – ya çempion olmalısan, ya da ölkə kubokunu qazanmalısan. Biz iki tituldan birini keçən il qazandıq. Çalışdığım 3 il müddətində 6 nəticə qazandım. 2 dəfə Azərbaycan çempionu, eyni sayda ölkə kubokunun qalibi oldum. Ölkə futbolu tarixində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Sonda isə Avroliqanın pley-off mərhələsində “Partizan” qarşısında dayandıq.

– Yəni, fərq nədə idi?
– Siz mənim vaxtımdakı futbolla indiki arasında fərqi hiss edirsiz? Yerlə göy qədər fərq var, düzdü? “Nefçi” son 7 oyunu uda bilməyim. Hansı futboldan danışa bilərik? Hamı özünü məşqçi bilib, ortaya atıb. Hərə bir klubda baş məşqçi çalışmaq istəyir. Təəssüflər olsun ki, məşqçilər müqaviləyə qol çəkəndə sabahı fikirləşmirlər. Sabah səndən hesabat tələb edəcəklər axı…

– “Neftçi”də Müşahidə Şurası yaradılandan sonra klubda daha çox rus dilini bilənlərə üstünlük verildi. Siz də rus dilini bilən, səlist danışan mütəxəssislərimizdən birisiz. Ola bilərmi ki, bu üstünlüyünüzə görə yenidən “ağ-qaralar”ın “sükanı arxasına” keçəsiz?
– Dədə, mən 3 dildə – Azərbaycan, rus və farsca müəkəmməl danışıram. Ulu öndərimiz bir dəfə tribunadan yaxşı bir söz demişdi: “Azərbaycan dilini mükəmməl bilməyən insanlar dövlət qurumunda təmsil oluna bilməzlər”. Azərbaycanlıyam və bununla da fəxr edirəm.

– Demək istəyirsiz ki, azərbaycanca səlist danışmayanlar “Neftçi”yə düzgün şəkildə rəhbərlik edə bilməz?
– Dildən əvvəl futbolu bilməlisən, psixologiyanı bilməlisən, insanı tanımalısan. “Neftçi”də Braziliyadan, Paraqvaydan, Çilidən, Serbiyadan və başqa-başqa ölkələrdən futbolçular çıxış edir. Bunların hərəsi başqa mentalitə malikdirlər. Bunlarla dil tapmalısan. Sən Avropa təcrübəsi olan, dəfələrlə sınaqdan keçmiş Stamenkoviçi atırsan ehtiyata, Aqili meydana buraxırsan.

– Maraqlıdı, belə durumda olan “Neftçi”ni ötən gün meydana Böyükağa Hacıyev çıxarsaydı, hansı nəticə qeydə alınardı?
– Bunu gərək görəydiniz. Bunu yaşamaq lazım idi. Bu heyətlə mən “qızıl dubl” etmişəm. “İnter”lə, “Partizan”la səfərdə heç-heçə oynamışam.

EMİN SƏFƏROV
P.S.: Hacıyevin fikirlərinə hörmət edirik, amma unutmayaq ki, onun vaxtında da komandada belə problemlər var idi. Ən əsası, “Neftçi”də indi üzə çıxan problemlər məhz onun qoyub getdiyi mirasdı. Heyət düzgün formalaşdırılsaydı, Əsədov aşkar futbolçu qıtlığını hiss etməzdi. Bir də Böyükağa bəy əmin olsun ki, yıxılanı baltalamaqla ona vəzifə verməyəcəklər. Onun baş məşqçi olmağı üçün mütləq Sadıq Sadıqov haradasa söz sahibi olmalıdı.