Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə 23-cü ölkə kubokunun finalı bu dəfə daha möhtəşəm alındı. Finala rəng qatmaq üçün PFL əlindən gələni etmişdi. Kubokun təyyarədən paraşütlə endirilməsi isə əlavə coşqu yaratdı.
Matçdan öncə Röya Ayxanın öz mahnıları ilə stadiona toplaşanları sevindirməsi adi hal idi. Çünki onu tez-tez televiziya vasitəsi ilə də izləyirik, hərdən konsert proqramlarında da görürük. Əsl röya kimi olan kubokun göydən düşməsi idi ki, buna görə də ideya müəlliflərini sadəcə, alqışlamaq lazımdı.
Sən demə, PFL bundan öncəki finallarda da kubokun göydən paraşütlə endirilmə ideyasını gerçəkləşdirmək istəyib. Sadəcə, bir sıra manelər olub ki, buna da yarışı təşkil edən qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında aydınlıq gətirib: “Bu, bütün PFL əməkdaşlarının əməyi nəticəsində reallaşdı. Hər zaman finalı fərqli etməyə çalışırıq. Bu məqsədlə iclas keçirtdik və PFL-in prezidenti Ramin Musayev belə bir ideya səsləndirdi. Bunu əvvəl də planlaşdırmışdıq. Sadəcə, vertolyot gələndə stadiona xəsarət yetirə bilərdi. Ancaq kubokun finalını Qəbələyə salanda fikirəşdik ki, orada olan şərait buna uyğundu. Bildiyiniz kimi, Balakəndə Hərbi Səfərbərlik İdarəsinə məxsus təyyarə var. Onlarla əlaqə saxladıq, sağ olsunlar ki, bu ideayanı reallaşdırmağa etiraz etmədilər”. 
3493065556f324701ee1 - Futbolinfo.az
Final matçına azarkeşlər də biganə qalmamışdı. Qəbələyə Bakı ilə yanaşı, bölgələrdən də axın olmuşdu. 4500 nəfərlik tribunalar tamamilə tutulmuşdu. Hətta qarşılaşmanı pilləkkəndə əyləşib, izləyənlər də var idi. Düzdü, onların hamısı fanat olmasa da, bu boşluğu Bakıdan Qəbələyə yollanan hər iki komandanın fan-klubları doldurdu.
Bu məqamda “Qarabağ”a azarkeşlik edən “İmarət”i xüsusi ilə vurğulamaq lazımdı. Ona görə ki, “imarətçilər” təkcə bu komandaya futbola görə yox, həm də Qarabağ adını tanıtmaq məqsədi ilə rəğbət bəsləyir. Ötən gün milli qəhrəman Allahverdi Bağırovun portretinin tribunada əks olunması da bunun əyani sübutu idi. Onlar müharibə olacağı təqdirdə ön cəbhəyə yollanacağını da “Allahverdinin əsgərləri olmaq şərəfdir” plakatı ilə bir daha sübut etmiş oldular. 
7719567556f32ce0258f - Futbolinfo.az
“Qarabağ” “İmarət”lə yanaşı Bakıdan Qəbələyə yollanan “Qarabağ qisası”, “Qarabağsız Gənclər” fan-klublarının çəkdiyi əziyyəti “qızıl dubl”la qiymətləndirdi. “Forza Neftçi” də fəallardan idi. Onlar da öz tərzlərində komandalarına dəstək oldu. Onlar öz azarkeşlik borcundan çıxsa da, “Neftçi” onları sevindirə bilmədi. Bakıdan Qəbələyə gedən və matç başa çatan kimi gecə geri qayıdan bakılı azarkeşlər əziyyət çəkməklə yanaşı, Bakıya çatanda metronun səhər açılmasını gözləməyə məcbur oldu.
yatan - Futbolinfo.az
Finalın maraqlı və rəngarən keçməsi üçün istənilən halda bütün imkanlardan istifadə etdi. Ancaq bizim üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin finalı tək izləməsi hələ də qaranlıq qalıb. Musayevdən başqa qurumun ölkə futboluna cavabdeh olan şəxslərinin Qəbələdə olmaması bir sıra suallar yaradır. Hə, qəbul edirik ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev dövlət işləri ilə əlaqədar finala getməyə vaxt tapmayıb. Bəs, assosiasiyanın baş katibi Elxan Məmmədov? Bəs, axşamlar “Tarqovu”da gəzməyə çıxan vitse-prezident Rauf Əliyev? Bəs, digər vitse-prezident Elşad Nəsirov harada idi? Görəsən, ölkə futboluna cavabdeh olan təkcə Ramin Musayevdi?
Məsələ burasındadı ki, Elxan Məmmədovun Qəbələyə getməsi gündəmdə imiş. Sadəcə, baş katibin futbolun inkişafına dair dövlət proqramı üzərində işləməsi, görüşlər keçirməsi buna mane olub. A kişi, proqramın üzərində işləməsi e… Gecə də proqram üzərində işləyərlər? Gülməli səbəb deyilmi? Bəlkə Musayevlə soyuq müharibənin planı üzərində işləyirmiş? Axı, qarşıda Müşahidə Şurası yaradılmalı, işğal edilməli neçə-neçə klub var. Onlar ki, baş katibin, vitse-prezidentlərin qarşısına paraşütlə düşməyəcək…
9860166556f32cdccac1 - Futbolinfo.az
Vaxtı ilə adı qalmaqallarda çəkilən sabiq referi Elçin Məmmədov görülən işləri az qala hədər edəcəkdi ki, son anda müəyyən müdaxilədən sonra ara sakitləşdi. Belə ki, hazırda AFFA-da işləyən Məmmədovun göstərişindən sonra ağdamlı fanatlarının açdığı plakatlar sökülmüşdü. Elçin bəy bunu həmin plakatların reklam lövhəsinin qarşısını kəsməsi ilə əlaqələndirdi. Bu zaman isə polislər və fanatlar arasında qarşıdurma yaşandı. Əslində isə, hadisə yerini qaçaraq tərk edən Elçin bəy haqlı idi. Sadəcə, bu problemi sivil qaydada da həll etmək olardı ki, nə şiş yanardı, nə də kabab. 
143334674911358896 1009273412458977 1707040669 n - Futbolinfo.az
EMİN SƏFƏROV
Shares: