Türkiyə çempionu “Qalatasaray”da növbət ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçisi Gökhan Zan komandadan gedib.
Belə ki, futbolçu bu barədə “tvitter”dəki şəxsi hesabından məlumat verib. Təcrübəli müdafiəçinin gedişinin səbəbi meydana az çıxmasıdı. 33 yaşlı futbolçu 2009-cu ildən “Qalatasaray”ın şərəfini qoruyurdu.
Qeyd edək ki, Emanuel Ebuedən sonra Zanın gedişi İstanbul nəhəngindən 2-ci ayrılıqdı.