Türkiyə millisinin futbolçusu Gökhan Törə növbəti mövsümdən “Beşiktaş”ı tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə İngiltərə və İspaniya nəhəngləri yaxından maraqlanır.
 
Türkiyə mətbuatının verdiyi məlumata görə, ilk öncə Madrid “Atletiko”su futbolçu ilə maraqlandığı bildirilir. Həttə yarımmüdafiəçinin iştirakı ilə keçirilən bir neçə oyunu izləyən madridlilər rəsmi təklif göndərməsə də 23 yaşlı futbolçu üçün 6 milyon avrosundan keçəcəyini bildiriblər. “Mançester Siti” isə Törənin keçidində israrlıdı. “Şəhərlilər” biraz da irəli gedərək 7 milyon avro ödəmək niyyətindədi. “Beşiktaş” rəhbərliyi isə futbolçunu 10 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. 
 
Qeyd edək ki, “Beşiktaş” Törəni 2014-cü ildə Kazan “Rubin”indən 4,5 milyon avro qarşılığında transfer etmişdi.
Shares: