FİFA yığma komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, millimiz may ayı ilə müqayisədə, hesabına 8 reytinq xalı əlavə edərək, 115-ci yerə yüksəlib.
Belə ki, hazırda Robert Prosineçkinin komandasının aktivində 272 xal var. 
Yığmamızın qrupdakı rəqiblərinə gəlincə, iyunun 12-də səfərdə qarşılaşacağı Norveç yığması 528 xalla 64-cü mövqedə qərarlaşıb. Qrupumuzda yer alan komandalar arsnda ən yüksək reytinqə italyanlar sahibdirlər. Aktivində 1101 xal olan "Skuadra Adzurra" 13-cüdü. 992 xalı olan Xorvatiya 18-ci, 537 xala malik Bolqarıstan 62-cidi. Qrupumuzda reytinq sıralamasında millimizə aşağıdan yuxarı baxan yeganə komanda Maltadı. Adalılar 154 xalla 145-ci yerdə "lövbər" salıblar.
Reytinq sıralamasına əvvəlkitək Almaniya yığması başçılıq edir. Mövqeyini bir qədər də möhkəmlndirən "Bundestim" 1775 xala sahibdi. Argentinanı 2-ci pillədən sıxışdırmağı bacaran Belçikanın 1509 əmsal xalı var.
May ayı ilə müqayisədə 5 pillə geriləyən Türkiyə yığması 57-ci mövqedə var-gəl edir.
Keçmiş müttəfiqlərimizə gəlincə, millimiz Moldova, Qazağıstan, Gürcüstan, Tacikistan, Türkmənistan və Qırğızıstanı qabaqlayır. 
Aylıq rekord və antirekorda gəlincə, Qırğızıstan 24 pillə geriləyərək, 177-ci yerə enib. Madaqaskar isə ən ciddi sıçrayışa imza atıb: 37 pillə irəliləyərək, 113-cü yerdə qərarlaşıb.
 
cedvel - Futbolinfo.az
Shares: