Növbəti mövsümdə iddialı olmağı hədəfləyən “Xəzər Lənkəran” baş məşqçi postunda dəyişiklik edib. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisinin rəhbərliyi komandanın “sükanı arxası”na klubun idman direktoru Yunis Hüseynovu gətirib.
Baş məşqçi postunu tərk edən Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, vaxtilə çalışdığı kimi, yenə “Xəzər Lənkəran”ın əvəzedici komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub.
(Apasport.az)