Cari mövsüm "Qarabağ" "qızıl dubl" etməklə klub adına ilkə imza atdı. Əvəzində digər iddialılardan "Neftçi"nin medalçılar sırasına düşə bilməməsi, üstəlik ölkə kubokunun finalında Ağdam təmsilçisinə uduzması baş məşqçi Arif Əsədovun göndərilməsi ilə nəticələndi. Artıq klublarımız avrokuboklara hazırlaşa bilər. Məlum olduğu kimi, "Qarabağ" ÇL-də, "İnter", "Qəbələ" və "Neftçi" isə Avroliqada ölkəmizi təmsil edəcək. Görəsən, adıçəkilən komandalarımızın başa çatan mövsümdəki çıxışları nəyə işarə verir? Başqa sözlə, avrokuboklarda nəyə ümid etmək olar.
Bu yerdə hazırda işsiz olan tanınmış mütəxəssis Əsgər Abdullayevdən həm çempionat, həm də avrokuboklarla bağlı müsahibə aldıq:
– Əvvəlcə dünənki kubokun finalı haqda düşüncələrinizi öyrənmək istərdik…
– Qəbələdəki matçadək "Neftçi" uzun müddət idi ki, qələbə üzünə həsrət idi. Bu üzdən psixoloji inamsızlıq da ola bilərdi. Əvvəldən də "Qarabağ"ın rəqibi ilə müqayisədə iddialı olması ilə bağlı qeyd etmişdim. Ağdamlılar stabil oyun nümayiş etdirirdilər. Çempion olmuşdular. Əhval-ruhiyyə yüksək idi. Hesab edirəm ki, sonda mən fikirləşdiyim kimi də oldu. "Qarabağ" qalib oldu. Qurban Qurbanov və onun kollektivini təbrik edirəm. Hər halda "Neftçi" də pis təsir bağışlamadı.

– "Neftçi"nin məğlubiyyətini təkcə Flavinyonun yoxluğu ilə bağlamaq olarmı? Yoxsa "ağ-qaralar"da digər problemlər də mövcuddu?
– Deyərdim ki, komandada hücum xətti kəsərli deyil. Ümumiyyətlə, bu haqda Arif Əsədov fikir söyləsə, daha yaxşı olar. Çünki komandanın içində olub. Düzdü, mən heç vaxt məşqçiləri müzakirə etmirəm. Arif də bizim qardaşımızdı. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayıram. Həm də ki, oyunun əvvəllərində "Qarabağ"ın hesabı erkən açması "Neftçi"nin məğlubiyyətinə istər-istəməz böyük təsir göstərdi. Bütövlükdə, 60-ın 40-a faiz nisbətində "Qarabağ"ın üstünlüyü vardı.

– Bu yay "Qarabağ" ÇL-də təsnifat mərhələsində çıxış edəcək? Sizcə, "köhlən atlar"da hansı mövqelər gücləndirməlidi ki, ən azından ötənilki nəticəni təkrarlaya bilsin?
– Həmişə demişəm ki, "Qarabağ"da İbrahim Şehiç çox güclü qapıçıdı. Müdafiə xətti Rəşad Sadıqovun rəhbərliyi altında inamlı təsir bağışlayır. Düzü, komandada zəif bir nöqtə görmürəm. Oturuşmuş bir komandadı. Təbii ki, mövqelərlə bağlı çatışmayan cəhətləri Qurban müəllim bizdən daha yaxşı bilər. Hesab edirəm ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridi. Nəticələri ilə, işi ilə bunu bir daha göstərirlər. Mən "Qarabağ"ın oyunlarını stabil izləmirəm. Bir neçə oyunla təhlil yürütmək düzgün olmaz. Artıq komandanın avrokubok təcrübəsi var və gücünü dəfələrlə göstərib.

– Avroliqada iştirak edəcək klublarımızdan "Qəbələ" avrokubok təcrübəsizliyindən əziyyət çəkə bilərmi? Nəzərə alaq ki, "qırmızı-qaralar" ötən il avrokuboklarda debüt etmiş, Bosniya və Hersoqovina təmsilçisi "Şiroki Briyeq"ə hər iki oyunda məğlub olmuşdu.
– "Qəbələ" Premyer Liqanın son turlarında komanda oyunu göstərməyə başlamışdı. Əzmkarlıq nəzərə çarpır. Yeni transferlər də komandanın stilinə uyğundu. Düşünürəm ki, "Qəbələ" ötən ildən fərqli bu dəfə Avroliqada daha uğurlu çıxış edə bilər.

– "İnter" gümüş mükafatı qazansa da, baş məşqçi Kaxaber Sxadadze və bir neçə aparıcı futbolçu komandadan ayrıldı. Bu zəifləmə Avroliqa öncəsi nə vəd verir?
– Əlbəttə ki, komandanı yığmaq, toparlamaq üçün vaxt lazımdı. Buna böyük təcrübə lazımdı. Həmçinin düzgün seçim lazımdı. Tələsmək lazım deyil ki, sonradan bunun aqibəti pis olmasın.

– Digər iştirakçı "Neftçi" haqda nə demək olar? Bir müddət əvvəl futbolçulardan Rauf Əliyev, Mirhüseyn Seyidov və Elvin Yunuszadə, kubokun ardından isə baş məşqçi Arif Əsədov komandadan uzaqlaşdırıldı.
– Bəzi oyunçuların gedişi elə kubokda da özünü göstərdi. Yeni futbolçular transfer edilməlidi. Yeni oyunçulara ehtiyac var.

– "Neftçi" təxminən 1 aydan sonra Avroliqada oyuna çıxacaq. Cəmi 1 aya yeni baş məşqçi kluba gəlməklə Avropada nəsə edə bilərmi?
– Komandaya yeni qan lazımdı. "Neftçi" Azərbaycan futbolunun şah əsəridi.

– Siz özünüz, "Neftçi"ni 1 aya "ayağa qaldıra" bilərsiniz?
– İndiyədək mən hara getmişəmsə, klubun çətin vəziyyətlərinə təsadüf edib (gülür). Hər halda, özündən razılıq kimi olmasın, Neftçi"ni bu müddətdə "ayağa qaldırmaq" çox çətindi, amma mümkündü.

TAHİR MƏMMƏDOV