"Xəzər Lənkəran"ı 2014-2015 mövsümünün 2-ci yarısında "sükanı" etibar etdiyi Elbrus Məmmədovu əvvəlki iş yeri – əvəzedici heyətin baş məşqçisi vəzifəsinə qaytarıb. Əsas komandadan kənarlaşdırılması Məmmədovu "Xəzər Lənkəran" rəhbərliyindən incik salmayıb? 
Saytımıza açıqla verən cənubluların əvəzedici heyətinin köhnə-yeni baş məşqçisi bu yerdəyişmənin baş verəcəyini əvvəlcədən bildiyini dilə gətirib: 
"Əsas heyətə mövsümün sonunadək cəlb olunmuşdum. Klub rəhbərliyi heyətdə gəncləşdirmə siyasəti yürütdüyü üçün bu addımı atmışdı. Əvəzedici heyətin bir çox üzvü əsas komandaya cəlb olunmuşdu. Həmin uşaqları məndən yaxşı heç kim tanımırdı. Bu səbəbdən də mövsümün sonunadək komandanı mənə həvalə etdilər. Gözlənildiyi kimi, çempionat başa çatdıqdan sonra əvvəlki iş yerimə qayıtdım. Rəhbərlikdən inciməkdən söhbət belə gedə bilməz. Çünki əvvəlcədən hər şey razılaşdırılmışdı. Yunis müəllim hazırlıq proqramını tərtib edəcək və buna uyğun olaraq da, əvəzedici heyəti çalışdıracam".
 
Qeyd edək ki, bundan sonra "Xəzər Lənkəran"da baş məşqçi vəzifəsini Yunis Hüseynov icra edəcək.
Shares: