Artıq Premyer Liqada mövsüm başa çatıb. Dünən də ölkə kubokuna yekun vuruldu. Hər iki cəbhədə qalib gələn "Qarabağ"da futbolçuların istirahətə göndəriləcəyi heç kimə sirr deyil. 
Bu üzdən Ağdam təmsilçisinin meneceri Asif Əsgərovdan klubun növbəti günlərdəki planları ilə maraqlandıq: "Komanda üzvləri bu gündən etibarən istirahətə göndərilib. Komandada olan bütün legionerlər öz vətənlərinə yola düşür. Təbii ki, milliyə çağırılan yerli və əcnəbi futbolçularımız da öz yığmmalarının düşərgəsinə qatılacaq. İyunun 18-də üzvlərimiz istirahətdən geri qayıdacaq. Həmin tarixdə də Avstriyaya təlim-məşq toplanışına yollanmaq planlaşdırılıb".
Shares: