Hazırda vətəni Ukraynada olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk transfer çalışmaları ilə bağlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis azərbaycanlı futbolçuların komandasına cəlb olunması ilə bağlı bunları deyib:
"Daxili bazarda kifayət qədər fəal olduq. Mövsümün gedişində bəyəndiyimiz bir neçə azərbaycanlı futbolçunu "İnter" və "Simurq"dan transfer etdik. Demək olar ki, yerli futbolçularla bağlı problemlərimiz həllini tapıb. Çünki ötən mövsüm məhz azərbaycanlı futbolçu qıtlığına görə əziyyət çəkdik. Üzümüzə gələn mövsüm eyni aqibəti yaşamayacağımızı düşünürəm. Hesab edirəm ki, daha 1-2 azərbaycanlı futbolçunu da sıralarımıza qatsaq, yerli bazardakı fəaliyyətimizi tamamlamış olarıq".
Shares: