Dünən Türkiyə kubkunun qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verer ki, “Qalatasaray” həlledici matçda “Bursaspor”u 3:2 hesabı ilə məğlub edərək, kuboku muzeyinə aparıb. 
Gərgin mübarizə şəraitində keçən oyun qalmaqalsız ötüşməyib. Belə ki, ilk hissədə ötürmədə səhvə yol vərən vitse-kapitan Sabri Sarıoğlu komanda yoldaşı Felipe Melonun hücumuna məruz qalıb. Brazilyalı yarımmüdafiəçi “bu, 3-cü oldu” deyib, Sarığoluya hücum çəkib. Futbolçular az qala əlbəyaxa olacaqdı. Hətta Sarıoğlu bu hərəkətdən sonra özündən çıxaraq, əli ilə braziliyalılnın boğazını sıxmaq istəyib. Klub rəsmisi Mərt Çətinin hadisəyə müdaxiləsindən sonra olayın böyüməsinin qarşısı alınıb. Lakin futbolçular tez barışılar. 
Belə ki, bu hadisədən 5 dəqiqə sonra “Bursapor”lu Volkan Şənlə Sabrinin mübahisəsi zamanı məhz Melo aranı sakitləşdirib. Burak Yılmazın bərabərlik qolundan sonra isə brazilyalı futbolçu Sabriyə yaxınlaşaraq onun əlini havaya qaldırıb.
Shares: