"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mövsümü təhlil edərkən, komandasının bürünc medallarının dəyəri barədə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis 3-cü yer haqda heç düşünməyə belə cürət etmədiklərini dilə gətirib:
"Yazda 3-cü pillədə gedən "Neftçi"ylə aramızdakı xal fərqi elə həddə çatmışdı ki, onlarla mübarizə aparacağımız barədə heç düşünmürdük də. Əsas məqsədimiz avrokubok zonasına düşmək idi. Əslində qazandığımız bürünc medal fövqalnəticə deyil. Lakin qeyd etdiyim kimi, xal fərqi elə bir həddə idi ki, 3-cü yeri qazanmağımızın dəyəri olduqca artır. Ancaq qalan oyunlarda o qədər xal topladıq ki, yekunda nəinki avrokubok zonasına düşdük, hələ "bürünc"ə dəsahib olduq".
Shares: