“Qəbələ”nin sabiq futbolçusu Lorenso Ebesilio Rusiyanın “Mordoviya” klubundan göndərilib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun direktoru Vladimir Bibikov məlumat verib.
 
Rusiya mətbutı bildirir ki, o, Ebesilio ilə müqavilənin sona çatdığını və klubun onunla yeni müqavilə bağlamayacağını bildirib. "Qəbələ"nin sabiq baş məşqçisi Syominin "Mordoviya"ya keçidindən sonra müdafiəçi İbrahima Niasse və Ebesilionu da özü ilə aparmışdı. Bir müddət öncə isə Syominin özü də “Mordoviya”dan ayrılmışdı.
 
Qeyd edək ki, 2013-14 mövsümündə “Qəbələ”nin heyətində 32 oyun keçirən cinah yarımmüdafiəçisi 8 dəfə rəqib qapıçıları məyus etmişdi.
Shares: