Brazilyalı məşhur baş məşqçi Luis Felipe Skolarinin yeni iş yeri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Çinin “Quançjou Everqrand” klubuna təyin olunub.
Belə ki, təcrübəli mütəxəssis çinlilərlə 2,5 illik müqaviləyə imza atıb. O, italiyalı sabiq futbolçu Fabio Kannavaronu əvəzləyərək vəzifəyə sahib olub. Kannavaro 2014-cü ildən “Quançjou Everqrand” klubunu çalışdırırdı.
Qeyd edək ki, Skolarini son iş yeri Braziliyanın “Qremio” klubu olub.