Ukrayna kubokunun finalında Kiyev “Dinamo”suna uduzan (0:1) “Şaxtyor”un xorvatiyalı müdafiəçisi Dario Srna matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi söhbət əsnasında Azərbaycana da toxunub:
“Futbolçuların azarkeşlərlə şəkil çəkdirməsi normaldı. Fanatlar futbolçuları ilə şəkil çəkdirməyəcəklərsə, onlar oyuna elə televizordan baxsınlar. Şaxtyor”a azarkeşlik edən hər kəslə şəkil çəkdirərəm. Bu şəxsin Azərbaycandan, Qazaxıstandan, Xorvatiyadan, Almaniyadan olması fərq etməz. “Şaxtyor”u sevən hər kəsə hörmətim var”.
Onu da qeyd edək ki, Xorvatiya millisi AÇ-2016-nın seçnə mərhələsində Azərbaycan yığması ilə eyni qrupdadı.