İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb. 
 
"Qırmızı qardaşlar" doğma arenada “Hammarbü” ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Nurinin adı isə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Kalmar” 14 xalla 10-cu pillədə qərarlaşıb.
Shares: