Bu gün baş tutan AFFA Klublar Komitəsinin iclasından sonra "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov qəbul edilmiş qərarlara yanaşı klubdakı baş məşqçi dəyişikliyi ilə bağlı da fikirlərini açıqlayıb. Futbolinfo.az saytının suallarını cavablandıran Nadirov Yunis Hüseynovun komandadakı baş məşqçi postuna gətirilməsi ilə bağlı bu sözləri deyib: 
"Yunis Hüseynov idman direktoru vəzifəsində çalışanda işi az deyildi. Bildiyiniz kimi, mövsümün ikinci yarısında gənclərə şans verdik ki, onların hazır olub-olmadığını bilək. Bu məqsədlə Elburus Məmmədovu dəvət etmişdik. Indi isə komanda Yunis bəyə tapşırıldı. Rəhbərlik də komandanın gücləndirilməsi üçün ona dəstək olacaq".
Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub. 
Shares: