Yunis Hüseynovun "Xəzər Lənkəran"ın baş məşqçi postuna gətirilməsi ilə bağlı yazmışdı. Futbolinfo.az xəbər verir ki, artıq bu təyinat rəsmiləşib.
Belə ki, bu gün klub rəhbərliyi ötən mövsümün yekunlarına və növbəti mövsümə hazırlıqlarla bağlı iclas keçirib. İclasda klubun idman direktoru Yunis Hüseynovun baş məşqçi təyin edilməsi haqqında qərar qəbul edilib.
 
Həmçinin ötən mövsümün ikinci yarısında komandanın baş məşqçi vəzifəsini icra etmiş Elbrus Məmmədov əvəzedici heyətin baş məşqçisi postunda işinə davam etdirəcək.
(Klub saytı)
Shares: