"Qarabağ"dan ayrılıb, "Əskişəhərspor"la anlaşan yarımmüdafiəçi Muarem Muarem artıq klubla münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, makedoniyalı futbolçu Superliqa təmsilçisində ilə 3 illik müqaviləyə qol çəkib. İmza atma mərasimində bir çox klub rəsmisi və idarə heyətinin üzvləri də iştirak edib.
Türk əsilli futbolçu keçidlə bağlı bu sözləri deyib: "Əskişəhərspor"da önəmli uğurlar yaşamaq istəyirəm. Qış fasiləsindən bəri "Əskişəhərspor"un bütün oyunlarını izləmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Muarem üçün Türkiyə elə də yad ölkə deyil. O, 2010-2011-ci il mövsümündə qardaş ölkənin “Orduspor” klubunda çıxış edib. Meydana çıxdığı 25 oyunda 4 qol vurmağı bacaran makedoniyalı daha sonra ölkəsinin “Rabotniçki” klubunda oynamış, ardınca isə “Qarabağ”a transfer olunmuşdu. Maraq üçün bildirək ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da vaxtı ilə “Əskişəhərspor”da çıxış etmişdi. 
 
 
g1231 05062015115117 ES 5190 - Futbolinfo.azg1231 05062015115118 ES 5219 - Futbolinfo.azg1231 05062015115119 ES 5250 - Futbolinfo.azg1231 05062015115120 ES 5273 - Futbolinfo.az
05062015muaremimza - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp