21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa Çempionatının seçmə mərhələsinə iyunun 7-də start veriləcək. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmalardan birini idarə etmək hüququ azərbaycanlı hakimlərə tapşırlıb.
Əldə etdiyimiz məlumata görə, Çernoqoriya və Moldova milliləri arasında baş tutan oyununu FİFA referimiz Orxan Məmmədov idarə edəcək. Ona bu qarşılaşmada Mehman Mahmudov və Yaşar Abbasov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Ömər Paşayev yerinə yetirəcək.  Məlumatı dəqiqləşdirmək üçün FİFA referisi ilə əlaqə saxladıq. Məmmədov da saytımıza açıqlamasında xəbəri təsdiqlədi.
Qeyd edək ki, Çernoqoriya  – Moldova matçı iyunun 15 də baş tutacaq. 7-ci qrupda mübarizə aparacaq Azərbaycan millisi isə həmin gün səfərdə Farer adalarının qonağı olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp