2011-ci ildə "Neftçi" ilə anlaşan serbiyalı qapıçı Saşa Stamenkoviç 2 dəfə ölkə çempionu və bir o qədər də kubokun qalibi adını qazanıb. Təcrübəli qolkiper Azərbaycan futbol tarixində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"nin əsas "silahlarından" olub.
"Facebook" səhifəsində "ağ-qaralar"la vidalaşdığını yazan Saşa fikirlərini duyğusal formada bölüşüb: "Komanda gəldiyim gündən bilirdim ki, nə vaxtsa vidalaşağıq. Təssüf ki, əsl oynamalı vaxtımda klubdan ayrılıram. Kluba gələndə sanki yuxuya düşdüm. Əldə etdiyim şansdan yararlandım. Bakıda keçirdiyim 4 mövsümdə 4 trofey uddum və hər biri ilə qürurlanıram. Avropa Liqasının qrupuna düşməyimizi, Kiprdən qayıdarkən minlərlə insanın bizi aeroportda qarşılamasını heç vaxt unutmayacam. Fəxr edirəm ki, 9 illik fasilədən sonra ölkə kubokuna sahib çıxmağı bacardıq. Biz ailənin bir parçası idik və cənab Sadıqov desəydi ki, divarı yarın, yarıb keçəcəkdik. Bəlkə də "Neftçi" tarixinin ən uğurlu illərində bu komandanın formasını geyinmək mənə nəsib olub. Dəfələrlə sağlamlığımı qurban verərək, meydançaya çıxmışam. Ancaq bilirdim ki, bu, trofeylərin qazanılması üçündü. Hesab edirəm ki, gənclər üçün örnək olmağı bacarmışam. Son sözümü azarkeşlərə ünvanlayıram. Klubunuzun rəngləri uğrunda mübarizə aparmışam və hər zaman sizlərdən biri olacam. Biz hələ görüşəcəyik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp