Madrid "Real"ı "Portu"dan Kazemironu geri alıb. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını bundan sonra "kral klubu"nda davam etdirəcək. 
Braziliyalı xavbek son mövsüm icarə əsasında "Portu"da çıxış edirdi. Sonra Portuqaliya klubu onun müqaviləsində bəndlərdən birini aktivləşdirdi. İspaniya nəhəngi isə bundan istifadə edərək, futbolçunun geri alınmasına görə "Portu"ya 7.5 milyon avro kompensasiya ödəyib. Çünki, mövsüm sonu portuqallar 15 milyon avro ödəyərək, cənubi amerikalını birdəfəlik transfer edəcəkdi. Bu anlaşmanı pozan ispanlar isə əvvəlcədən də razılaşdırıldığı kimi, 7.5 milyon avro təzminat ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, o, 2011-ci ildən Brasiliya əsas milisinin də formasını geyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp