Bakı "İnter”inə bundan sonra da gürcü mütəxəssisin başçılıq edəcəyi bildirilir. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in yeni baş məşqçisi Zaur Svanadze olacaq. 
Məsələ ilə bağlı klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq: "Zaur əsas namizəddi. Ancaq onun təyinatı rəsmiləşməyib. Gürcü mütəxəssislə danışıqlar gedir. Çox güman ki, Svanadze növbəti mövsümdən "İnter"i çalışdıracaq. Köməkçilərinin adlarına da Svanadzenin təyinatının rəsmiləşməsindən sonra aydınlıq gələcək. Hazırda məsələ ilə bağlı müzakirələr gedir".
Qeyd edək ki, Zaur Svanadze bunadək “İnter”də sabiq baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi vəzifəsində çalışırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp